Sabunçuda çətənə kolları əkən şəxslər saxlanılıblar - FOTOLAR

Sabunçuda çətənə kolları əkən şəxslər saxlanılıblar -  FOTOLAR
25 Apr 2024 13:36

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü Anar Məcidov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News365.az-a verilən məlumata görə, onun üzərində və evində 5 kiloqramdan çox marixuana aşkarlanıb.

A.Məcidov ifadəsində bir müddət əvvəl bağ sahəsində çətənə bitkiləri əkdiyini və onlara xüsusi qulluq edərək şəxsi istifadəsi ilə yanaşı satmaq üçün yetişdirdiyini bildirib.

Qeyd edək ki, o, əvvəllər də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu üçün məhkum edilib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri digər tədbir zamanı Maştağa qəsəbəsindəki qızıl dükanlarından birindən soyğunçuluq edərək 1000 manat dəyərində üzük və sırğanı talayaraq ələ keçirən əvvəllər məhkum olunmuş Fərhad Hacıyev də saxlanılıb. O, ifadəsində yaşadığı Qaradağ rayonunun Sahil qəsəbəsindən Maştağaya soyğunçuluq məqsədi ilə gəldiyini bildirib.

Hər iki faktla bağlı polis şöbəsində araşdırmalar davam etdirilir. A.Məcidov və F.Hacıyevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.


Youtube kanalımız

Oxşar xəbərlər