Sabahdan Azərbaycanda Ramazan ayı başlayır -İlk günün duası, imsak və iftar vaxtı

Sabahdan Azərbaycanda Ramazan ayı başlayır -İlk günün duası, imsak və iftar vaxtı
09:33

Sabah Azərbaycanda Ramazan ayı başlayır.

 

News365.az xəbər verir ki, bu il Ramazan ayının ilk günü fevralın 19-a təsadüf edir.

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan ayının təqviminə əsasən, ilk günün imsak vaxtı saat 06:04, iftar vaxtı isə saat 18:34-dür.

 

Ramazan ayının ilk gününün duası:

 

Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin.

 

Tərcüməsi:

 

İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadəti edənlərin ibadətindən qərar ver. Məni bu ayda qafil olanlardan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin Rəbbi. Məni bağışla, ey günahkarları bağışlayan!

 

İftardan qabaq oxunan dua:

 

İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!

 

 

Qeyd edək ki, müsəlmanların müqəddəs ayının Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə düşür.

 

Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq.

 

 

 


Sizin reklam burada
Sizin reklam burada