Rusiyaya imkansız Ukrayna lazım deyil - Rutte

Rusiyaya imkansız Ukrayna lazım deyil - Rutte
17:50

"Rusiya ukraynalıların suverenliyinə hörmətlə yanaşacaq və onlara öz gələcəklərini seçmək üçün şərait yaradacaq". 

News365.az  "TASS"a istinadən xəbər verir ki, bunu ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat analitiki və BMT-nin İraq üzrə Xüsusi Komissiyasının kütləvi qırğın silahları üzrə keçmiş müfəttişi Skott Ritter deyib.

Münaqişədən sonra Ukraynanın gələcəyini şərh edən Ritterin sözlərinə görə, gələcəyin Ukraynası neytral və firavan olmalıdır:

"Mən Rusiya rəhbərliyinə hörmət edirəm və əminəm ki, Moskvanın firavanlığı nəzərdə tutan uzunmüddətli sabitlik planı var. Tarixə nəzər salsaq, üç bacı tanıyırıq - Rusiya, Belarusiya və Ukrayna. Düşünmürəm ki, Rusiya qardaşlardan birinin nə işi, nə evi, nə də dolanışığı olmayan dünyanı təsəvvür edə bilər. Söhbət üç firavan qurumdan gedir. Qərbin tətbiq etdiyi rus imperializmi hekayəsini məhv etmək üçün Rusiya qalib gəlməlidir".


Sizin reklam burada
Sizin reklam burada