Rusiyada turist avtobusu aşdı: 20-dən çox yaralı var

Rusiyada turist avtobusu aşdı: 20-dən çox yaralı var
27 İyl 2025 23:50

Başqırdıstanda (Rusiya) turist avtobusunun qəzaya uğraması nəticəsində 20-dən çox insan xəsarət alıb.

Bu barədə respublikanın səhiyyə naziri Ayrat Raxmatullin məlumat verib.

Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin məlumatına görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Qeyd olunub ki, avtobusda 43 sərnişin, o cümlədən yeddi uşaq olub. Sərnişinlər Udmurtiyanın İjevsk şəhərindən gələn turistlər olublar.


Sizin reklam burada
Sizin reklam burada