Sentyabrın
11-də və 12-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Məsələ ilə bağlı News365.az -a danışan həkim Rasif
Bağırov belə gündə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli
olmalarını vacib hesab edir:
“Belə gündə
müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur
və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan,
bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava
hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər.
Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən
insanlar bir qədər diqqətli olmalıdırlar”.
News365.az