“Rusiya müharibəni dayandırmalıdır” – Üzeyir Cəfərov

“Rusiya müharibəni dayandırmalıdır” – Üzeyir Cəfərov
16:12

“Rusiya müharibəni dayandırmalıdır, legitim hədəflər xaricində hərəkətlər qəbuledilməzdir”

Hərbi ekspert Üzeyir Cəfərov News365.az-a açıqlamasında bildirib ki, 5-ci maddənin tətbiqi üçün başqa bir dövlətin ərazisində silahlı qüvvələrin təhlükəsi olmalıdır. Lakin 4-cü maddənin işə düşməsi artıq Rusiyaya xəbərdarlıq xarakteri daşıyır və onun hərəkətlərinə məhdudiyyət qoymalıdır.

Ekspert vurğulayıb ki, Azərbaycanın hərbi əməliyyatları yalnız legitim hədəflərə yönəlib, xəstəxanalar və uşaq müəssisələri hərbi baxımdan legitim hədəf sayıla bilməz:

“Rusiya tərəfinin yalanlarından artıq hamı iyrənib və bu müharibə dərhal dayandırılmalıdır. Lakin görünür ki, digər qüvvələr də münaqişəyə cəlb olunmaq istəyir, Rusiyanın öz zəifliyini gizlətmək üçün belə bir bəraət yaratmaq cəhdləri var. Rusiya yalnız Ukraynayla deyil, Avropa və NATO dövlətləri ilə də konflikt aparmaq istəyir”.

Üzeyir Cəfərov əlavə edib ki, yaxın dövrdə müharibənin uzanacağını düşünmür və Ukraynaya artıq 3.550 ədəd uzaq mənzilli raketin verildiyini bildirib:

“Raketlərin bir partiyası artıq Ukraynaya çatdırılıb”.


Sizin reklam burada
Sizin reklam burada