Türkiyədə torpaq sürüşməsi işçini yaraladı - FOTO

Türkiyədə torpaq sürüşməsi işçini yaraladı - FOTO
17:02

Beyoğlu, Firuzağa məhəlləsində tikinti sahəsində baş verən torpaq sürüşməsi nəticəsində bir işçi yaralanıb. Yaralı, ətrafdakıların köməyi ilə çıxarılaraq xəstəxanaya aparılıb.

News365.az xəbər verir ki, hadisə Kadiriler Yokuşu küçəsindəki tikinti sahəsində baş verib. O sırada sahədə işləyən işçilərdən biri torpağın altında qalıb. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları çağırılıb.

Vətəndaşların köməyi ilə torpaq altından çıxarılan işçi tibbi heyətə təhvil verilib və ilkin yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada