Şərqi Qazaxıstanda qanunsuz mədən fəaliyyəti aşkarlanıb

Şərqi Qazaxıstanda qanunsuz mədən fəaliyyəti aşkarlanıb
16:20

Şərqi Qazaxıstan vilayətində polis tərəfindən 21 nəfər – 19 əcnəbi və 2 Qazaxıstan vətəndaşı – qanunsuz şəkildə qızıl və digər qiymətli metallar çıxarmaqda şübhəli bilinərək saxlanılıb.

News365.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Hadisə yerində ekskavatorlar, buldozerlər və digər mədən texnikası da aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxslərin əcnəbi vətəndaşlıq detalları hələ açıqlanmayıb.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada