İsrailin Dohaya hücumu fonunda Ərəb-İslam sammiti keçiriləcək
Qətərin paytaxtı Dohada sentyabrın 14-15-də fövqəladə Ərəb-İslam sammiti keçiriləcək.
News365.az xəbər verir ki, bu barədə Qətərin Milli Xəbər Agentliyi məlumat yayıb.
Qətərin Xarici İşlər Nazirliyi sammitə hazırlıq məqsədilə xarici işlər nazirlərinin iclasını keçirəcək. Sentyabrın 14-15-də baş tutacaq sammitdə əsas müzakirə mövzusu İsrailin Qətərə qarşı hücumu olacaq.
Hələlik, sammitdə hansı ərəb və İslam ölkələrinin liderlərinin iştirak edəcəyi barədə məlumat açıqlanmayıb.
News365.az