Belarus ABŞ nümayəndəliyi vasitəsilə 52 məhbusu azad edib

Belarus ABŞ nümayəndəliyi vasitəsilə 52 məhbusu azad edib
16:00

Belarus ABŞ nümayəndəliyi vasitəsilə 52 məhbusu azad edib

News365.az xəbər verir ki, Belarus 52 məhbusu azad edib. Həbsdən buraxılan şəxslər hazırda Litvaya yola düşüblər.

ABŞ-ın Vilnüsdəki səfirliyinin nümayəndəsi bildirib ki, müxtəlif millətlərdən olan məhbuslar ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Con Koulun iştirakı ilə Minskdə aparılan danışıqlar nəticəsində azad olunublar.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Belarus Prezidenti Aleksandr Lukaşenkodan saxlanılan şəxslərin buraxılmasını tələb etmişdi.

News365.az


Sizin reklam burada
Sizin reklam burada