Məcburi işlər ayrı bir cəza növünə çevrilib və artıq bu cəza növü azadlıqdan məhrumetmənin alternativi kimi qəbul edilmir. Bu barədə qanunu Rusiya Prezidenti Vladimir Putin imzalayıb.
News365.az xəbər verir ki, Rusiyada məcburi işlər ayrıca təyin olunacaq, həbs cəzası ilə bağlı olmadan. Hazırda məcburi işlər yalnız əsas cəzanın — azadlıqdan məhrumetmənin yüngülləşdirilməsi məqsədilə verilir. Bu norma qanunun qüvvəyə mindiyi tarixdən altı ay sonra aradan qalxacaq.
Eyni zamanda, məcburi işlərə məhkum edilə bilməyən şəxslərin siyahısı genişləndirilib və indi həmin siyahıya üç yaşına qədər uşağı olan tək ata da daxildir.
Məcburi işlər yüngül, orta və ağır cinayətlərə görə təyin olunur; ağır cinayətlərdə isə bu cəza yalnız ilk dəfə törədilən pozuntular üçün tətbiq edilir. Məhkumlar bu cəzanı islah müəssisəsində çəkir, burada işləyir və əmək haqqı alırlar. Məhkumun əmək haqqından 5%-dən 20%-dək hissə dövlətin gəliri olur. Məcburi iş cəzası çəkən şəxslər yaxşı davranışları şərti ilə müəyyən sayda həftə sonları və bayram günlərində islah müəssisəsini tərk edə bilərlər.
News365.az