Rusiyada Azərbaycan vətəndaşı terror şübhəsi ilə saxlanıldı

Rusiyada Azərbaycan vətəndaşı terror şübhəsi ilə saxlanıldı
08 Sen 2025 13:33

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları terror aktları hazırlamaqda şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb. 

News365.az xəbər verir ki, bu barədə məlumatı FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb. 

Bildirilib ki, həmin şəxs Stavropol diyarında saxlanılıb. 

İddialara əsasən, Azərbaycan vətəndaşı Yessentuki və Stavropol şəhərlərində nəqliyyat infrastrukturu və inzibati binalarla bağlı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olub. Onun Ukrayna tərəfi ilə əməkdaşlıq etdiyi vurğulanıb.



Sizin reklam burada
Sizin reklam burada