Rusiyada anomal istilər: Məmur torpaqda yumurta bişirdi- VİDEO

Rusiyada anomal istilər: Məmur torpaqda yumurta bişirdi- VİDEO
10:31

Rusiyada maraqlı hadisə baş verib. Ulan-Udedə Rosselxoztsentr Federal Dövlət Büdcə Qurumunun Buryatiya üzrə direktoru Namjil Mardvaev anomal istiləri göstərmək üçün yumurtanı torpağın üstündə bişirib. Bununla bağlı videonu “Ves Ulan-Ude” Telegram kanalı yayıb.


Məmur çöldə səhər yeməyi hazırlamasını göstərmək üçün sosial şəbəkə səhifəsində məlumat paylaşıb. Namjil Mardvaev həmkarı ilə birlikdə anomal istilərin əkinlərə təsirini qiymətləndirmək üçün tarlalara baxmağa çıxıbmış. O, torpağın nə qədər isindiyini yoxlamaq üçün təcrübə keçirməyə və ocaq olmadan yerə tava qoyub yumurta bişirməyə qərar verdilər.

"Düşərgədən tava götürdük, torpağa qoyduq, yumurta və yağdan da istifadə etdik. Maşınımda termometrlər var idi, temperaturu da ölçdük: temperatur 37 dərəcəni göstərdi, torpağın səthində isə 70-71 dərəcə istilik var idi. Bir müddət sonra, yemək demək olar ki, hazır oldu. Yumurtanın ağı kifayət qədər bişsə də, sarı hissə tam hazır deyildi",- o yazıb.




Tural


Sizin reklam burada
Sizin reklam burada