Rusiya və Ukrayna bu barədə razılığa gəldi - Uitkoff

Rusiya və Ukrayna bu barədə razılığa gəldi - Uitkoff
11:23

Prezident Trampın göstərişi ilə ABŞ Ukrayna və Rusiya arasında üçüncü üçtərəfli müzakirələr qrupuna moderatorluq etdi.

News365.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff özünün X səhifəsində yazıb.

“Trampın bu müharibənin hər iki tərəfini bir araya gətirməkdəki uğuru əhəmiyyətli irəliləyişlərə səbəb olub. Biz bu dəhşətli münaqişədə qətllərin qarşısını almaq üçün onun rəhbərliyi altında çalışmaqdan qürur duyuruq.

Hər iki tərəf öz liderlərini məlumatlandırmaq və razılaşma üzərində işləməyə davam etmək barədə razılığa gəlib”, - o qeyd edib.

Qeyd edək ki, dünən Cenevrədə ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında qapalı görüş keçirilmişdi.


Sizin reklam burada
Sizin reklam burada