Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu böyük ehtimalla iyunun sonunda İstanbulda baş tutacaq. Bunu “Rossiya 24” telekanalına müsahibəsində Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, LDPR lideri Leonid Slutski deyib.
"Çox güman ki, ayın sonunda orada, İstanbulda baş tutacaq",- o deyib.
Slutski qeyd edib ki, yeni raundun əsas məsələlərindən biri “davamlı atəşkəsə doğru hərəkət” olacaq.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural