Rusiya müdafiə nazirinin müavini həbs edildi

Rusiya müdafiə nazirinin müavini həbs edildi
24 Apr 2024 17:58

Moskva Şəhər Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxt Moskvanın Basmannı vilayət məhkəməsi rüşvət ittihamı ilə saxlanılan Rusiya müdafiə nazirinin müavini İvanovun ehtiyat tədbiri olaraq iyunun 23-dək həbsdə saxlanmasına qərar verib.

 İvanov Müdafiə Nazirliyinə tabe olan qurumların tikinti-təmir işləri ilə bağlı layihələrə rəhbərlik edib.

Qeyd edək ki, Nazir müavini İvanovun şəriki olduğu iddia edilən Sergey Borodinin də iyunun 23-dək həbsi barədə qərar qəbul edilib.

 


Youtube kanalımız

Oxşar xəbərlər