Rusiya mediası: "Morqlarımızda 10 min ukraynalının cəsədi var"

Rusiya mediası: "Morqlarımızda 10 min ukraynalının cəsədi var"
11:30

Rusiyanın Rostov, Kursk və Belqorod meyitxanalarında 10 min ukraynalı hərbçinin cəsədi var. "Gazeta" nın yaydığı məlumata görə, bu barədə Mash Telegram kanalı yazıb. 


Jurnalistlərin sözlərinə görə, hazırda meyitxanalarda şəxsiyyətin müəyyən edilməsi və müayinə prosedurları aparılır, mübadilə yeri və vaxtı razılaşdırılır.


Müharibə məsələləri üzrə parlament koordinasiya qrupunun nümayəndəsi Şəmsail Sarəliyev qeyd edib ki, cəsədlərin kimliyi dərhal müəyyən olunarsa, prosedur altı aya qədər çəkə bilər. Ortada yalnız cəsəd fraqmentləri varsa, prosedur bir il çəkə bilər.

Tural


Sizin reklam burada
Sizin reklam burada