Azərbaycanın siyasi tarixində qətiyyətli addımları və xalqla səmimi ünsiyyəti ilə seçilən Prezident İlham Əliyevin doğum günü ölkə gündəminin əsas mövzularından birinə çevrilib. 64 illik ömür yoluna və liderlik fəaliyyətinə nəzər saldıqda, Onun dövlət idarəçiliyində strateji baxışı, milli maraqlara sadiqliyi və insan amilinə verdiyi yüksək dəyər aydın şəkildə görünür.
Məhz bu məqamları vurğulayan Milli Məclisin deputatı Aydın Hüseynov News365.az-a Prezidentin ad günü münasibətilə fikirlərini bölüşərək, ölkə başçısının xalq–dövlət birliyinin möhkəm təməlini formalaşdırdığını diqqətə çatdırıb.

Deputat qeyd edib ki, Prezidentin siyasi fəaliyyəti güclü dövlət quruculuğu və milli maraqların qorunması prinsiplərinə əsaslanır: “Dövlət başçısının qəbul etdiyi hər qərar Azərbaycanın suverenliyinin möhkəmləndirilməsinə, xalqın rifahının yüksəlməsinə xidmət edir. Bu, Onun siyasətinin dəyişməz prioritetidir”.
Aydın Hüseynov vurğulayıb ki, Prezidentin 64-cü ad gününü Qarabağda yerli sakinlərlə birgə qeyd etməsi xüsusi rəmzi məna daşıyır və cəmiyyətin Liderə olan etimadını əks etdirir: “Həmin görüşün səmimiyyəti göstərdi ki, xalq Prezidentə inanır, Onu özünə yaxın bilir və Onun sevincini bölüşür. Bu, lider–vətəndaş münasibətlərinin canlı təzahürüdür”.
Deputat Prezident İlham Əliyevin sadə və təvazökar həyat tərzinin, eləcə də Ümummilli Lider Heydər Əliyevin ideya irsinə sadiqliyinin Onun dövlət xadimi obrazını daha da gücləndirdiyini bildirib: “Prezidentin hər zaman insanlara yaxın olması, milli həmrəyliyə verdiyi dəyər Onun özünü xalqın bir parçası kimi görməsinin sübutudur”.
Aydın Hüseynov Müzəffər Ali Baş Komandanı 64-cü ad günü münasibətilə təbrik edərək, Onun gələcək fəaliyyətinə uğurlar arzulayıb: “Azərbaycan Onun rəhbərliyi altında yeni nailiyyətlərə imza atır. Biz də bu yolda Prezidentə möhkəm cansağlığı və davamlı qələbələr diləyirik”.