“Rusiya Kurska hücum planını bir neçə ay əvvəldən bilib - "The Guardian"

“Rusiya Kurska hücum planını bir neçə ay əvvəldən bilib - "The Guardian"
20 Sen 2024 11:35

Rusiya hərbi komandanlığı Ukraynanın Kursk bölgəsini işğal edəcəyini gözləyirmi. Komandanlıq bir neçə ay ərzində bunun qarşısını almaq üçün planlar hazırlayıb.

Bu fikirlər "The Guardian"da dərc olunan məqalədəndir. Nəşr Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinəistinad edib. Döyüşçülər Kursk vilayətində Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti (FSB) və Rusiya ordusuna aid ələ keçirmiş sənədlərə əsasən belə qənaətə gəliblər. Qeyd edilib ki, jurnalistlər sənədlərin həqiqiliyini müstəqil şəkildə yoxlaya bilməyiblər:

"Tapılan ən erkən sənədlər 2023-cü ilin sonlarına, ən son qeydlər isə Ukraynanın avqustun 6-da Kursk bölgəsini işğal etməsindən cəmi altı həftə əvvələ aiddir. Bunlar əsasən 488-ci qvardiya motoatıcı alayının, xüsusən də 17-ci batalyonun  sənədləridir".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər