Rusiya-ABŞ danışıqları davam edir - Peskovdan açıqlama

Rusiya-ABŞ danışıqları davam edir - Peskovdan açıqlama
14:07

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin ABŞ-ın Ukraynadakı sülh planını rədd etməsi barədə yayılan məlumatlar düzgün deyil.

News365.az xəbər verir ki, Peskovun sözlərinə görə, Rusiya və ABŞ arasındakı danışıqlar sakit və gizli şəkildə aparılarsa, nəticələr daha məhsuldar olur:

“ABŞ ilə aparılan danışıqlar nə qədər sakit olarsa, bir o qədər məhsuldar olacaq. Moskva, Ukraynada sülhə nail olmaq səylərinə görə Vaşinqtona minnətdardır. Rusiya nümayəndələri lazım olduğu müddətcə ABŞ həmkarları ilə görüşməyə hazırdır.”

Kremlin sözçüsü əlavə edib ki, prezidentlər arasında telefon danışığı istənilən vaxt mümkündür, lakin hazırda sülh planı ilə bağlı danışıqlar ekspert səviyyəsində davam edir.

Peskov vurğulayıb ki, dünən Rusiya və ABŞ nümayəndələri arasında sülh planı üzrə ilk birbaşa fikir mübadiləsi baş tutub: bəzi təkliflər qəbul edilib, bəziləri isə qəbuledilməz sayılıb. O, həmçinin ümid edib ki, ABŞ da Rusiya kimi, Ukrayna ilə bağlı danışıqların detalları barədə ictimai açıqlama verməyəcək.

News365.az


Sizin reklam burada
Sizin reklam burada