ABŞ hakimiyyəti Ukraynadakı münaqişənin həlli prosesi fonunda Rusiyaya qarşı sanksiyaların ləğvi imkanlarını təhlil edəcək. Xarici KİV-in yaydığı məlumata görə, bunu jurnalistlərlə söhbətində ABŞ dövlət katibi Marko Rubio deyib.
“Biz onların (Rusiya nümayəndələri – red.) qaldırdıqları məsələləri təhlil edəcəyik və dəqiq nədən danışdıqlarını, söhbətin nələrdən getdiyini araşdıracayıq. Bu, Amerikaya aid olmayan sanksiyalar da daxil olmaqla, bir sıra sanksiyalara da aiddir”, - o deyib.
Rubionun sözlərinə görə, bütün məsələlər təhlil edildikdən sonra Dövlət Departamenti ABŞ prezidenti Donald Trampa vəziyyətin həlli variantları təqdim edəcək.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural