Roza Zərgərli akademiyada bu fənlərdən dərs deyir - VİDEO

Roza Zərgərli akademiyada bu fənlərdən dərs deyir -  VİDEO
25 Apr 2024 09:58

Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərli Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətə başladığını bildirib.

News365 xəbər verir ki, o, incəsənət fakültəsində dərs deyir.

Müğənni Azərbaycan teatr tarixi, Dünya teatr tarixi, Dram nəzəriyyəsi kimi fənləri tədris edir və 2016-cı ildən həmin akademiyanın doktorantıdır.

Məlumata görə, o, fəlsəfə doktoru proqramı üzrə “Müstəqillik dövrü Azərbaycan teatrında türkdilli xalqlar dramaturgiyasının səhnə təcəssümü “ adlı dissertasiya üzərində çalışır və müdafiə ərəfəsindədir.


Youtube kanalımız

Oxşar xəbərlər