Ronaldinyodan Braziliya millisinə SƏRT SÖZLƏR: “Utancvericidir

Ronaldinyodan Braziliya millisinə SƏRT SÖZLƏR:  “Utancvericidir
16 İyn 2024 14:01

Braziliya millisinin sabiq üzvü, əfsanəvi futbolçu Ronaldinyo yığmanın hazırkı durumundan danışıb.

O, millini tənqid edib:

"Budur, dostlar!. Braziliya futbolunu sevənlər üçün bu, kədərli bir andır. Oyunları izləmək üçün ruh tapmaq çətinləşir. Bu, bəlkə də, son illərin ən pis komandalarından biridir. Hörmətli liderlər, mən uşaqlıqdan bəri futbolu izləyirəm. Mən bu qədər pis bir vəziyyət görməmişdim. Əzmsizlik...Bu, çox utancvericidir. Braziliya millisinin Amerika kubokundakı heç bir oyunu izləməyəcəyəm və qələbələri qeyd etməyəcəyəm".

2024-cü ildə ABŞ-da keçiriləcək Amerika Kubokunda Braziliya D qrupunda Kolumbiya, Paraqvay və Kosta-Rika ilə mübarizə aparacaq. Əvvəlki turnirdə komanda həlledici görüşdə Argentina millisinə uduzmuşdular.

 


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər