Qroznı aeroportu uçuşları müvəqqəti məhdudlaşdırdı

Qroznı aeroportu uçuşları müvəqqəti məhdudlaşdırdı
27 Dek 2024 11:53

Qroznıda "Severnı" Beynəlxalq Hava Limanında gəliş və gedişlərə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. “İnterfaks”ın yaydığı məlumata görə,  bunu hava limanının baş direktoru Alvi Şahqiriyev deyib.

"Hava limanı "Kover" planına uyğun olaraq bağlıdır. Biz təyyarə qəbul etmir və ərazidən də təyyarı buraxmırıq",- o qeyd edib.

Hava limanının direktorunun sözlərinə görə, “Kover” planı Moskva vaxtı ilə saat 5:08-də elan edilib. O əlavə edib ki, bəzi reyslər gecikir.

"Severnı" hava limanı altı ölkədə 17 istiqamətə uçuşlar həyata keçirir. Hazırda hava limanında daxili və beynəlxalq reyslərə xidmət edən bir sərnişin terminalı fəaliyyət göstərir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Tural


Youtube kanalımız