Qəzzada son 24 saatın qurbanları

Qəzzada son 24 saatın qurbanları
25 Apr 2024 13:52

Qəzzada son 24 saatda ölənlərin sayı açıqlanıb.

News365.az bu barədə “Al Jazeera”ya istinadla xəbər verir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, son 24 saat ərzində 43 nəfər ölüb.

Oktyabrın 7-dən bu yana İsrailin Qəzzaya hücumu nəticəsində ölənlərin sayı 34 305 nəfərə, yaralananların sayı isə 77 293 nəfərə çatıb.

Ölənlər arasında 14500-dən çox uşaq və 9500 qadın var.

Ölənlərin sayının daha çox olduğu təxmin edilir və minlərlə insanın İsrailin zərbələri zamanı dağılan binaların dağıntıları altında basdırıldığı güman edilir.


Youtube kanalımız

Oxşar xəbərlər