Qərb ölkələri döyüşləri dayandırmaq üçün Ukraynanı güzəştə getməyə məcbur edəcəklər. Bunu "Politico" yazıb.
Məqalə müəllifləri qeyd ediblər ki, Ukraynanın ərazi bütövlüyünün tam bərpası Moskva ilə Kiyev arasındakı münaqişədə Qərb qüvvələrinin bölgəyə göndərilməsi və ya NATO-nun prosesdə iştirakına qədər daha çox dəstək və eskalasiya tələb edəcək. Məqalədə deyilir ki, Kiyevin müttəfiqləri belə bir uzunmüddətli prosesi qəbul etməyə hazır deyillər.
“Bu, qarşıya çətin, lakin getdikcə daha zəruri olan bir vəzifə qoyur: Ukraynanı dəstəkləmək tezliklə ona müharibəni sona çatdırmağa kömək etmək anlamına gələcək”, - Politico yazıb.
Məqalədə qeyd olunub ki, kompromis yanaşma Ukraynaya indiki ərazilərini qoruyub saxlamağa kömək edəcək.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural