Qənimət götürülmüş “Leopard“ Moskvada nümayiş etdiriləcək - VİDEO

Qənimət götürülmüş “Leopard“ Moskvada nümayiş etdiriləcək  - VİDEO
24 Apr 2024 10:43

Moskvada Ukrayna ərazilərində aparılan döyüşlər zamanı ələ keçirilmiş silahların sərgisi açılacaq. News365.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, sərgi mayın 1-də Poklonnayada təşkil olunacaq və bir ay davam edəcək.

Məlumata görə, sərgiyə gələnlər Qələbə Muzeyinin qarşısındakı meydanda ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və digər ölkələrin istehsalı olan 30-dan çox hərbi texnikalara baxa biləcəklər.

Xüsusilə, bunlar Almaniyanın məşhur “Leopard” tankı “Marder” piyada döyüş maşını, Amerikanın “Bradley” və İsveçin CV90 piyada döyüş maşınları olacaq.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər