Qəddafinin oğlunun vəkili: "Hannibal azadlığa çıxmayıb!"

Qəddafinin oğlunun vəkili: "Hannibal azadlığa  çıxmayıb!"
05 Mar 2025 11:32

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin vəkili müvəkkilinin Livan həbsxanasından buraxılması ilə bağlı xəbərləri təkzib edib. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Liviya hökumətinin Ədliyyə Nazirliyi martın 4-də Facebook-da  Livanda təxminən on ildir həbsdə olan Qəddafinin azad edilməsi ilə bağlı paylaşım yerləşdirmişdi. Maraqlıdır ki, bir qədər sonra nazirliyin məlum xəbəri öz səhifəsindən yoxa çıxıb.

Vəkil Paul Romans Qəzzafinin hələ də Livanda həbsdə olduğunu bildirib. Təhlükəsizlik orqanlarındakı yüksək vəzifəli mənbə də bu məlumatı kanala təsdiqləyib.

Bununla belə, Liviya hökuməti Hannibal Qəddafinin artıq həbsdən azad edildiyini, lakin Livanda qaldığını və yaxın günlərdə Liviya hakimiyyət orqanlarına təhvil veriləcəyini bildirib.Hannibal Qəddafi 2015-ci ilin dekabrında Livan imamı və siyasi xadimi Musa əs-Sədrin yoxa çıxması ilə bağlı Livanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Qəddafinin özü Suriyadan qaçırılaraq qanunsuz şəkildə Livana aparıldığını bəyan edib. O, həmçinin vurğulayıb ki, Sədrin yoxa çıxması barədə heç bir informasiyaya malik deyil. Çünki o vaxt onun cəmi 3 yaşı olub.

Tural


Sizin reklam burada
Sizin reklam burada