Şəkidə cəza çəkən məhkum xəstəxanada ölüb.
News365.az xəbər verir ki, Ədliyyə Nazirliyi Şəki Pentensiar müəssisəsində cəza çəkən 1960-cı il təvəllüdlü Vidadi Balıyev kəskin ağciyər və ürək çatışmazlığından əziyyət çəkib. O təcili olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yaerləşdirilib. Gecə saatlarında ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Vidadi Balıyev qəsdən adam öldürmə cinayətinə görə həbsdə idi. O, 2017-ci ildə Şəkidə meşə ərazisində qaynını güllələyərək qətlə yetirib.