Qarğaların kinli, güclü yaddaşlı və zəkalı olduğunu bilirik. Bəs onlar nə qədər müddət kin saxlaya bilərlər?
Bu sualı başqaları da verib və cavabı tapmaq üçün uzun illər boyunca araşdırma aparıblar. News365.az-ın məlumatına görə, professor John Marzluff və komandasının 53 qarğa üzərində apardığı araşdırmada onların 17 il boyunca kin saxlaya bildikləri məlum olub.
Tədqiqatda xüsusi maskalardan istifadə olunub. 53 qarğadan 47-si çox sərt formada öz kinini nümayiş etdirməyə çalışıb.
Əvvəlki araşdırmalar isə göstərir ki, onlar saya bilir, hətta alət düzəldə bilirlər.
Hündürdən qoz-fındıq ataraq qırmaqları, böcəkləri ağac qabığından çıxarmaq üçün çubuqlardan istifadə etməkləri, əlçatmaz yerlər üçün budaqlardan qarmaq düzəltməkləri bu canlıların nə qədər zəkalı olduğunu göstərir. Metroları olsa, böyük ehtimal qatara minməzdən əvvəl düşənləri də gözləyərdilər.
Əla yaddaşları və zəkalarından əlavə, qarğalar yüksək idrak qabiliyyətinə sahibdirlər və mürəkkəb sosial strukturları var. Onlar sıx ailə qrupları halında yaşayır və mürəkkəb emosional həyatlarının olduğunu göstərən davranışlar nümayiş etdirirlər. Məsələn, müşahidələrə görə, qarğalar ailənin ölən üzvləri üçün "dəfn mərasimləri" keçirirlər.
Onların ünsiyyət sistemi də çox mürəkkəbdir. Fərqli səslər və hətta regional ləhcələrə malikdirlər.
Bu ünsiyyət təkcə təhlükə barədə xəbərdarlıq etməklə məhdudlaşmır. Qarğalar qida mənbələri haqqında məlumat paylaşır və hətta yırtıcılardan qorunmaq üçün ittifaqlar qururlar.