"Qarabağ"-dan möhtəşəm qələbə

"Qarabağ"-dan möhtəşəm qələbə
07 Noy 2024 23:59

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb.


News365.az xəbər verir ki, Ağdam təmsilçisi IV tura təsadüf edən oyunda Norveçin "Budyo-Qlimt" kollektivini 2:1 hesabı ilə üstələyib.


Bude şəhərindəki "Aspmira" stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz açıb. 23-cü dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə diqqət mərkəzinə düşüb. Bununla belə, meydan sahibləri fasiləyə qədər status-kvonu bərpa ediblər. 41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub. "Köhlən atlar"ın qalibiyyət qoluna isə Abdullah Zubir imza atıb. 69-cu dəqiqədə rəqib torunu silkələyən futbolçu "Qarabağ"a cari mövsüm avroliqada ilk qələbəsini qazandırıb.


Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi "Lion"a qarşı keçirəcək.


Youtube kanalımız

Oxşar xəbərlər