"Ailədə oğlan xarakter cəhətdən yetişməyibsə, boşanmaq bəhanədi"- Mediatordan açıqlama

"Ailədə oğlan xarakter cəhətdən yetişməyibsə, boşanmaq bəhanədi"- Mediatordan açıqlama
02 Yan 2025 12:24

"Qadınların şan-şöhrət arzusu, kişilərin isə valideynlərin istəyi ilə addım atması da boşanmaya səbəb olan başlıca amillərdir."

Mediator Almaz Ağamuradova bu sözləri News365.az-a deyib. 

"Ailədə qadın deyib ki, mən şou-biznesdə iştirak etmək istəyirəm, beləcə gəlir çatır hansısa səviyyəyə, yoldaşını bəyənmir, kişi də deyir ki, mən belə ailəni istəmirəm. Sosial şəbəkələrin bu qədər geniş, hər şeyi göstərmək, bu qədər cah-cəlal ailədə problem yaradır. Yoldaşı bu il 500 manat qazanırdısa, qane olurdusa, gələn il 1000 manat qazanır deyir ki, bu da azdır. Əslində qaynana boşandırmır, oğlan xarakter cəhətdən yetişməyibsə, əlbəttə ki, boşanmaq bəhanədi. Deyir bizi evləndirdilər, sonra da boşandırdılar.   Elə pasientlər var ki, deyir qaynanamın mənən zəhləsi getdi dedi ki, səni boşandırıram"

News365.az


Youtube kanalımız