“Xocalı” gil yatağı satışa çıxarılır

“Xocalı” gil yatağı satışa çıxarılır
02 Yan 2025 18:45

“Xocalı” gil yatağı satışa çıxarılır.


News365.az xəbər verir ki, bu barədə Trend Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat əldə edib.


Belə ki, 6 hektar ərazini əhatə edən və 100 000 kub metr həcmində olan yatağın istismar müddəti 5 il nəzərdə tutulub.


Hərracın başlanğıc qiyməti 10 000 manat, 10% beh məbləği isə 1000 manat təşkil edir.


Məlumata görə, hərrac 19 fevral 2025-ci il tarixində saat 11:00-da auksion formasında keçiriləcək.


Hərracda iştirak haqqı 540 manat müəyyənləşdirilib.


Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.


Youtube kanalımız