Emin Mahmudov zədəsini sağaldıb

Emin Mahmudov zədəsini sağaldıb
02 Yan 2025 17:46

Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Emin Mahmudov zədəsini sağaldıb.

News365.az xəbər verir ki, bu barədə "Report"a 32 yaşlı yarımmüdafiəçi özü məlumat verib.

O, "Neftçi" ilə birlikdə məşqlərə başlayacağını deyib:

"Bildiyiniz kimi sabahdan komanda təlim-məşq toplanışına başlayır. Zədəm sağalıb, hazıram. Kollektivə tam qoşulmaq üçün bir-iki gün lazım olacaq".

Qeyd edək ki, E.Mahmudov Azərbaycan yığmasının noyabrın 16-da Estoniyaya qarşı keçirdiyi UEFA Millətlər Liqası matçından əvvəl zədələnmişdi. "Neftçi" Misli Premyer Liqasının XIX turunda "Sabah"la üz-üzə gələcək. Görüş yanvarın 19-da, "Neftçi Arena"da, saat 18:30-da start götürəcək. Paytaxt təmsilçisi hazırda turnir cədvəlində 17 xalla səkkizinci pillədə qərarlaşıb.


Youtube kanalımız