ABŞ-ın Yeni Orlean şəhərində (Luiziana ştatı) terror aktının təşkilatçısı və icraçısı 2024-cü ilin yayında İŞİD terror təşkilatına qoşulub və hücum zamanı təkbaşına hərəkət edib.
News365.az xəbər verir ki, bu barədə ABŞ-ın Federal Təhqiqat Bürosu direktorunun müavininin köməkçisi Kristofer Raya bildirib.
"Yenu Orleandakı hücumda başqasının iştirak etdiyini düşünmürük. O, ötən yayın əvvəlində İŞİD-ə qoşulub", - Kristofer Raya deyib.
Qeyd edək ki, Yeni Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində azı 15 nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb. Sürücünün maşınından İŞİD bayrağı tapılmışdı.