Trampın hotelinin yaxınlığında partlayış törədən şəxsin kimliyi MƏLUM OLDU

Trampın hotelinin yaxınlığında partlayış törədən şəxsin kimliyi MƏLUM OLDU
02 Yan 2025 17:07

ABŞ polisi Las-Veqasda Trampın hotelinin yaxınlığında "Tesla Cybertruck" markalı avtomobilin partlayışı ilə bağlı şübhəli bilinən şəxsin kimliyini müəyyən edib.

News365.az-ın xəbərinə görə, bu barədə KTNV-TV telekanalı mənbələrə istinadən məlumat verib.

"Müstəntiqlər şübhəlinin 37 yaşlı Metyu Livelsberqer olduğunu müəyyən ediblər", - deyə telekanalın məlumatında bildirilib.

Həmçinin Livelsberqerin ABŞ ordusunda xidmət etdiyi qeyd edilib.

Məlumata görə, Federal Təhqiqatlar Bürosunun müstəntiqləri Alkoqol, tütün, odlu silahlar və partlayıcılar Bürosunun (ATF) üzvləri ilə birlikdə şübhəlinin yaşadığı evlərdən birində axtarış aparırlar


Youtube kanalımız