Elə bir gün olmur ki, avtobusla bağlı şikayətlər gəlməsin.
News365.az xəbər verir ki, Lökbatan qəsəbəsi Qaradağ rayonu ərazisində, dairəvi yolda içi sərnişin dolu 111 nömrəli avtobusun qapısı açıq şəkildə hərəkət etdiyi kadrlar ortaya çıxıb.
Vətəndaşlar sürücünün məsuliyyətsiz davranışından şikayətçidir. Sosial media hesablarında da bu barədə paylaşımlar edilib.
Bəs hər an təhlükə yaradacaq içi sərnişin dolu bu avtobusun həm sürücüsü, həm də tabe olduğu şirkət nə düşünür?
News365.az videonu təqdim edir: