Qanunsuz evlər söküləcək

Qanunsuz evlər söküləcək
17:37
Bakıda və regionlarda elə təhlükəli ərazilərdə qanunsuz evlər tikilib ki, onlar tədricən söküləcək.

Neüs365.az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyb.

Onun sözlərinə görə, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı zaman-zaman hökumət tərəfindən işlər görülür və təxminən 30 mindən yuxarı fərdi yaşayış evinin sənədləşməsi işləri həyata keçirilir:

"Ən çox problem yaradan məsələlərdən biri bələdiyyə mülkiyyətində olan, yəni bələdiyyə torpaqlarında vətəndaşlar tərəfindən inşa edilən fərdi yaşayış evləri ilə bağlıdır və bu istiqamətdə də artıq hərəkətlilik var”.

Ekspert söyləyib ki, hər il vətəndaşlar tərəfindən ev tikilən bələdiyyə torpaqlarının qiymətləndirilməsi üçün Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan şirkətlərə müraciət edilir:

"Həmin torpaq sahələri qiymətləndirilir və vətəndaşlara satışı həyata keçirilməkdədir. Yəni bələdiyyələr tərəfindən həmin torpaq sahələri həmin vətəndaşlara satılır və bunun əsasında sənədləşmə işləri həyata keçirilir. Hazırda bu istiqamətdə bələdiyyələr də iş aparır və keçən il haradasa 1000-dən yuxarı belə müraciətlər olub. Bu il də təxminən 5000-dən yuxarı belə bir müraciətin olacağı gözlənilir”. 

R.Qasımzadə qeyd edib ki, ən böyük problemli məsələlərdən biri kommunikasiya xəttlərinin üzərində, xüsusilə də dəmiryolu xəttlərinə yaxın, yüksək təzyiqli qaz və su kəmərlərinin mühafizə zonasında və yüksək gərginlikli elektrik xətlərinin altında olan torpaq sahələri ilə bağlıdır.

Onun sözlərinə görə, bu cür ərazilərdə olan evlərə birmənalı olaraq hökumət tərəfindən çıxarış verilməyəcək və onların zaman-zaman söküntüsü həyata keçiriləcək: "Yəni vətəndaşların həyatına təhlükə xarakteri daşıdığı üçün həmin torpaq sahələrinin mülkiyyətə verilməsi həyata keçirilməyəcək və üzərində olan tikililər də söküləcək”.


Sizin reklam burada
Sizin reklam burada