Qalmaqallı bloger komadan ayılmadı

Qalmaqallı bloger komadan ayılmadı
24 Apr 2024 15:30

Qalmaqallı bloger Lena Miro komadan ayılmayıb. Bu gün sosial şəbəkələrdə onun dünyasını dəyişməsi barədə məlumat yayılıb. Bu barədə məlumatı ilk olaraq "Super" Telegram kanalı yazıb.

KİV-in məlumatına görə, Miro blogunu dondurduqdan və bir illik sükutdan sonra fotoqraf əri ilə birlikdə yaşadığı ABŞ-da ağır qəza keçiribmiş. Bundan sonra blogger bir müddət komada qalıb və aprelin 23-də onun ölüm xəbəri yayılıb. Kanalın məlumatına görə, Mironun anası dəfn üçün Amerikaya uçub, lakin atası qəti şəkildə bundan imtina edib.

Lena Miro Live Journal-da müasir ulduzları tənqid və ələ salan kinayəli yazıları sayəsində məşhurlaşmışdı. Bir il əvvəl bloqqer yaradıcılıq fasiləsinə ehtiyacı olduğu üçün layihələrini dondurmaq qərarına gəlib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər