Qabil Eyyubovu Soltan Qasımov əvəzlədi – nazirlikdə dəyişiklik

Qabil Eyyubovu Soltan Qasımov əvəzlədi – nazirlikdə dəyişiklik
15 May 2025 10:36

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Mərkəzi Təminat və Marketinq İdarəsi” MMC-nin direktoru Qabil Eyyubov vəzifəsindən azad edilib.

News365.az xəbər verir ki, şirkətə rəhbərlik Soltan Qasımova həvalə olunub. O, yaxın aylara qədər nazirliyə məxsus "Radioquraşdırma Zavodu" MMC-nin direktoru olub. Xatırladaq ki, “Mərkəzi Təminat və Marketinq İdarəsi” ölkə Prezidentinin 27 sentyabr 2006-cı il tarixli fərmanı əsasında yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin və onun tabeliyində olan müəssisələrin fəaliyyətlərinin həyata keçirməsini təmin etmək üçün avadanlıq, dəstləşdirici hissələrin və mal-material dəyərlərinin təchizatı ilə bağlı işlər və digər xidmətlərin təşkilindən ibarətdir.


Sizin reklam burada
Sizin reklam burada