Putin Zelenskini oğurlayacaq, ardınca isə... - Ukrayna liderini Maduronun aqibəti gözləyir?

Putin Zelenskini oğurlayacaq, ardınca isə... - Ukrayna liderini Maduronun aqibəti gözləyir?
08 Yan 2026 10:33

Qlobal siyasətdə liderlərin taleyi və böyük güclərin onlara münasibəti yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə, Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı səslənən iddialar fonunda oxşar ssenarinin Ukrayna prezidenti Volodimir Zelenski üçün də mümkün olub-olmaması sual doğurur. Rusiya–Ukrayna müharibəsinin davam etdiyi, Zelenskinin həm daxildə, həm də beynəlxalq müstəvidə ciddi təzyiqlərlə üzləşdiyi bir mərhələdə “Putin Zelenskini də Maduro kimi sıradan çıxara bilərmi?” sualı aktuallığını daha da artırır.

Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, belə bir ehtimal nəzəri baxımdan mövcuddur, lakin Zelenski məsələsində proses xeyli daha mürəkkəbdir.

Onun sözlərinə görə, Zelenskinin rəhbərlik etdiyi Ukrayna demokratik ölkə kimi tanınır, demokratik idarəetmə institutları və seçki legitimliyi mövcuddur, üstəlik Ukrayna xalqının açıq dəstəyi və qlobal gündəmdə olması bu prosesi çətinləşdirən əsas faktorlardandır:

“Təbii ki, olma ehtimalı var. Amma imic baxımından ciddi fərqlər mövcuddur. Demokratik ölkə, demokratik idarəetmə, seçkilər, Ukrayna xalqının dəstəyi və qlobal kəsimin diqqət mərkəzində olması Zelenski məsələsində çox geniş faktorlar yaradır. Məncə, bu, Maduro prosesindən qat-qat çətindir”.

Əziz Əlibəyli qeyd edib ki, ABŞ daxilində də Zelenskini dəstəkləyən qüvvələr mövcuddur və bu, Vaşinqtonun belə bir qərar verməsini asanlaşdırmır:

“ABŞ-ın özündə də Zelenski tərəfdarları var. Bu baxımdan qərar vermək asan olmaz. Ona görə də indiki mərhələdə bunu istisna edirəm”.

Azərbaycanın hərbi müdaxiləsi çox şeyi həll edə bilər”-Əziz Əlibəyli

Bununla yanaşı, politoloq Zelenski ilə bağlı müəyyən riskli tendensiyaların da formalaşdığını vurğulayıb. Onun fikrincə, Ukrayna liderinin “Madurolaşdırılması” istiqamətində iddialar mövcuddur:

“Zelenskinin korrupsiya məsələlərində adının hallanması, diktatorlaşma ittihamları və “müharibə milyarderinə çevrilməsi” ilə bağlı damğalar var”.

Siyasi şərhçiyə görə, bu cür iddialar gələcəkdə Zelenskinin beynəlxalq imicinə təsir göstərə bilər, lakin hazırkı mərhələdə onun Maduroya bənzər şəkildə sıradan çıxarılması real görünmür.


Sizin reklam burada
Sizin reklam burada