Putin paradı ləğv etdirdi – Rusiya Donanma Gününü sakit keçirəcək!

Putin paradı ləğv etdirdi – Rusiya Donanma Gününü sakit keçirəcək!
17:00

Rusiya bu il Hərbi Dəniz Donanması Gününü təntənə ilə qeyd etməyəcək.

Musavat.com xəbər verir ki, Vladivostokda keçiriləcək tədbirlər çərçivəsində gəmi paradı və atəşfəşanlıq olmayacaq.

Təşkil olunan ənənəvi təntənəli mərasimlər də ləğv olunub.

Bu barədə Rusiya mediası Sakit Okean Donanmasının mətbuat xidmətinə istinadla məlumat yayıb. Bildirilir ki, bayram proqramında yalnız abidələrə əklil qoyulması və konsert nəzərdə tutulub.

“Bu il Donanma Günü ölkə üzrə dəyişdirilmiş formatda – ənənəvi gəmi paradı və atəşfəşanlıq olmadan keçiriləcək”, - qurumdan verilən açıqlamada qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl Sankt-Peterburqda baş tutmalı olan əsas hərbi-dəniz paradının da ləğv olunduğu bildirilib.

Qeyd edək ki, Rusiya Hərbi Dəniz Donanması Günü hər il iyul ayının sonuncu bazar günü qeyd olunur. Bu il bayram 27 iyula təsadüf edir.


Sizin reklam burada
Sizin reklam burada