Psixiatriyada İNQİLAB: Yeni test psixi pozğunluqları 95% dəqiqliklə aşkar edir

Psixiatriyada İNQİLAB: Yeni test psixi pozğunluqları 95% dəqiqliklə aşkar edir
18 Apr 2024 08:34

Lipidlərin kütləvi diaqnostika üçün ən praktik və etibarlı vasitələrdən biri olduğu müəyyən edilmişdir. “Skoltex” alimləri Çin və Almaniyadan olan həmkarları ilə birgə psixi pozğunluqları 95%-ə qədər dəqiqliklə aşkar edə bilən test hazırlayıblar.

News365.az xəbər verir ki, bu barədə RG nəşri yazıb.

Nəşr qeyd edib ki, bu yenilik psixi xəstəliklərin diaqnozuna yanaşmaları kökündən dəyişə bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ciddi psixi pozğunluqlardan əziyyət çəkənlərin sayı artır. Depressiya xüsusilə geniş yayılmışdır və planetdə hər altı nəfərdən birində rast gəlinir.

Təbabətin əsas vəzifəsi psixi xəstəliklərin ilk, hələ aşkar olmayan əlamətlərini vaxtında müdaxilə etmək üçün onların inkişafının ilkin mərhələlərində aşkar etməkdir. Bu kontekstdə psixiatrlar məhdudiyyətlərlə üzləşirlər, çünki onların əsas aləti xəstə ilə dialoqdur ki, bu da subyektivdir.

Qlobal miqyasda tədqiqatçılar müxtəlif molekulları, zülalları, gen aktivliyini, metabolitləri, lipidləri və digər göstəriciləri öyrənməklə psixi xəstəliyin etibarlı biomarkerlərini axtarırlar. Araşdırmalar nəticəsində məlum olub ki, lipidlər kütləvi diaqnostika üçün ən praktik və etibarlı vasitələrdən biridir.

“Skoltex” neyromərkəzinin direktoru Filip Xaitoviç qeyd edib ki, təxminən 5000 nəfərlik qrup üzərində aparılan sınaqlar onun effektivliyini, o cümlədən xəstəliklərin ilkin mərhələlərini müəyyən edib.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər