Provayderlərin reytinqləri niyə dərc olunmur?

Provayderlərin reytinqləri niyə dərc olunmur?
20 Avq 2024 15:16

“Bir müddət öncə ölkənin telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) provayderlərin reytinqini elan edəcəyini bildirmişdi. Normal bir alqoritm, metodika da hazırlamışdılar.Eyni zamanda provayderlərdən olan şikayətlər üzrə 160-dan çox provayderi özündə birləşdirən gözəl bir “E-Şikayət” sistemi üzərindən nəhəng bir data da formalaşdırmışdılar. Bura qədər hər şey əlaydı”.

Bunu News365.az- a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, yəni İKTA artəq bilir ki, hansı provayderdən daha çox şikayət var, internet bazarında hansı provayder nə gündədir:

“Lakin, bu günə kimi İKTA bu reytinqi dərc etməyib, daha doğrusu edə bilməyib. Əlində istehlakçıların rəyləri ilə bağlı nəhəng datası olan qurum ötən günlər sadə bir icmal yaymaqla işi bitmiş hesab etdi. Təsəvvür edin ki, İKTA bu icmalda şikayətlərlə bağlı heç bir provayderin adını çəkə bilməyib.

Maraqlıdır ki biz internetdə anormal, seçim imkanı verilməyən minimal tarif artımı ilə bağlı İKTA- nın nəhəng təbii inhisarçılarla vuruşmasını gözləyirdik. Amma reallıq odur ki İKTA provayderlərdən narazılıqla bağlı adi bir reytinqi dərc edə bilmədi.

Ümid edirəm RİNN, hökumət də fərqindədir ki, sektoru tənzimləməli olan quruma hansı təsirlər var və vəziyyət nə yerdədir”.

News365.az


Youtube kanalımız