PROQNOZ: Yağıntılar sabah da davam edəcək

PROQNOZ: Yağıntılar sabah da davam edəcək
22 Mar 2025 14:23

Martın 23-də gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən News365.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var, arabir güclənən şimal-qərb küləyi əsəcək. 

  Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.   

Azərbaycanın bəzi rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, güclənən qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.


Sizin reklam burada
Sizin reklam burada