ABŞ-ı Roma imperiyası ilə müqayisə edirlər. Hər ikisi zəmanəsinin fövqəldövləti, siyasi, iqtisadi, elmi, mədəni və hərbi lideridir. ABŞ-ın liderliyi hazırda tədricən itirir. Necə ki, Roma imperiyası itirmişdi.
Bu baxımdan Trampı imperator Septimiy Severlə müqayisə etmək olar. Sever 146-cı ildə, Tramp isə 1946-cı ildə, yəni 1800 il sonra anadan olub. Sever Roma imperiyasının sonuncu güclü rəhbəri olub. Sever hakimiyyətə irsi yolla gəlməmişdi. Zor, yalan, populizm, dövlət orqanlarının çürüməsi iddiaları ilə Romanın əvvəlki möhtəşəmliyi qaytarmaq şüarları ilə hakimiyyətə çevriliş yolu ilə gəlmişdi (tanış gəlir?). Ordunu möhkəmləndirib, ümumiyyətlə, hərbçilərin dövlətdə mövqeyini gücləndirib, əlavə ərazilər (Şərqdə, Afrikada, Britaniyada və s.) əldə edib. O cümlədən İrandakı Parfiya dövlətini darmadağın edib (düzdür, sonra onun yerinə daha aqressiv Sasani imperiyası yarandı). Fələstinin, o cümlədən oradakı yəhudilərin vergi yükünü azaltmışdı, dövlət hesabına sinaqoqlar tikdirirdi. Eyni zamanda məhz Severin dövründə Senat tam dekorativ orqana çevrildi, yəni imperator hakimi-mütləq oldu. Xalq arasında populyar olub. 18 illik hakimiyyətindən sonra 66 yaşında vəfat edərkən oğlanlarına belə vəsiyyət etmişdi: “Mehriban yaşayın, hərbçiləri zəngiləşdirin, qalanlarını isə vecinizə almayın”. Sever imperiyada müvvəqəti nizam yarada bilsə də, hərbçilərə verdiyi önəm nəticəsində dövlətin təməli, o cümlədən iqtisadi sütunları (devalvasiya və s.) çökməyə başladı və artıq III əsrdə imperiya süqutuna doğru sürətlə addımlamağa başladı...