Gəncə şəhərində yanğın hadisəsi olub.
News365.az-ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsindəki evlərdən birində baş verib.
Evdəki yanğın söndürülsə də, 1960-cı il təvəllüdlü Zaur Məmmədovun ölüm faktı qeydə alınıb.
Yanğının başvermə səbəbi araşdırılır.