Türkiyəyə məxsus 2 sərnişin təyyarəsi İranda qalıb.
News365.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu açıqlama verib.
O bildirib ki, müharibə başlayanda İranda olan 2 təyyarənin ekipajı Türkiyəyə təxliyə edilib. Nazir əlavə edib ki, daha bir sərnişin təyyarəsi isə İraqda gözləmə mövqeyindədir:
“İki təyyarəmiz İranda, bir təyyarəmiz isə İraqdadır. Müharibə başlayanda təyyarələr orada qaldı, heyətləri isə Türkiyəyə gətirildi. Təyyarələr müharibə bitdikdən sonra Türkiyəyə gətiriləcək”, - Uraloğlu qeyd edib.