ABŞ-nin “Los Anceles Leykers” klubunun basketbolçusu Luka Donçiç Milli Basketbol Assosiasiyasında (NBA) əfsanəvi Maykl Cordanın uğurunu təkrarlayıb.
News365.az xəbər verir ki, 27 yaşlı idmançının komandası səfərdə “İndiana”ya (137:130) hesabı ilə qalib gəlib.
Donçiç həmin qarşılaşmada 43 xal toplayıb. O, son altı səfər matçında orta hesabla 40 xal toplaya bilib.
Qeyd edək ki, bu nəticəni yalnız 40 il əvvəl - 1986-cı ildə Maykl Cordan göstərib.