Prezident Mürsəl İbrahimova ali hərbi rütbə verdi

Prezident Mürsəl İbrahimova ali hərbi rütbə verdi
11:33

Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin rütbəsini artırıb. 

News365.az xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə Mürsəl Qorxmaz oğlu İbrahimova “general-mayor” ali hərbi rütbəsi verilib. 

Qeyd edək ki, 55 yaşlı M. İbrahimov 2023-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini tutur. 


Sizin reklam burada
Sizin reklam burada